Noyabrın 18-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstan Milli Muzeyinin direktoru David Lortkipanidze ilə görüşüb.
Görüşdə iki ölkənin muzeyləri arasında əlaqələrin genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı və müştərək sərgilərin təşkili ilə bağlı müzakirələr aparılıb. David Lortkipanidze qeyd edib ki, Milli Muzey Gürcüstanda fəaliyyət göstərən bir neçə muzeylərin birləşməsi sayəsində yaradılıb. O, muzeydə həyata keçirilən innovativ, maarifləndirici proqramlar barədə məlumat verib. Qonaq Gürcüstan Milli Muzeyinin fondunda Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı çoxlu sayda eksponatların qorunub saxlandığını və gələcəkdə həmin kolleksiyaların nümunələri əsasında Azərbaycanda sərgilərin təşkilinə dair razılıq əldə olunduğunu vurğulayıb.
Nazir müavini Gürcüstan Milli Muzeyində tətbiq olunan müxtəlif proqramları təqdirəlayiq hesab edərək D.Lortkipanidzeni Azərbaycanda mühazirələr və seminar-treninqlər aparmağa dəvət edib.
Qeyd edək ki, noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi muzeylərin direktorları Çingiz Fərzəliyev və David Lortkipanidze imzalayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar