Azərbaycan Yazıçılar Birliyində “Bir bənd şeir” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza yanvarın 2-dən elan olunmuş müsabiqəyə 148 şeirin təqdim olunduğunu bildirib. Onlardan 30-nu müsbət qiymətləndirən münsiflər heyətinin yekun qərarı ilə 3 müəllif - Furqan Sadiq, Mais Təmkin, Firdovsi Rəsul qalib elan edilib.