Alman tarixçi Bakıda mühazirə oxuyub

Xəbər verdiyimiz kimi, I Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Bakıda Alman-Fransız anım həftəsi keçirilir. Noyabrın 26-da silsilə tədbirlər çərçivəsində “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində almaniyalı tarixçi, professor Volker Venaxın “Meqalomaniya əməliyyatı: Almaniya və Cənubi Qafqaz regionu I Dünya müharibəsi dövründə” mövzusunda mühazirəsi dinlənilib.
Professor V.Venax vaxtilə Tbilisi Dövlət Universitetində Cənubi Qafqaz mövzusunda dissertasiya üzərində işləyib.
Mühazirə böyük maraq doğurub. Alim qeyd edib ki, meqalomaniyadan (böyüklük maniyasından) əziyyət çəkən Almaniya Reyxinin planlarında Cənubi Qafqaz regionunu da ələ keçirmək və Azərbaycanın enerji ehtiyatlarına yiyələnmək niyyətləri olub. Dünyanı dəyişdirmək məqsədilə imperialist dövlətlər tərəfindən başlanan genişmiqyaslı hərbi əməliyyatlar böyük dağıntılara, məşəqqətlərə və milyonlarla ölçülən insan tələfatına səbəb olub.
Tədbirdə iştirak edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və institutun şöbə müdiri, professor Həsən Əlibəyli “Qloballaşma dövründə I Dünya müharibəsi fenomeni haqqında” və “I Dünya müharibəsi illərində İngiltərə-Rusiya İttifaqının qəsbkarlıq siyasətinin siyasi-hüquqi əsasları” mövzularında məruzələrlə çıxış edib, alman tarixçinin mühazirəsinin elmi dəyəri, məzmunu barədə öz rəylərini bildiriblər.
Sonda alimlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
İştirakçılar noyabrın 24-də “Kapellhaus”da açılan, Berlinin və Parisin XX əsrin əvvəllərinə aid görüntülərini əks etdirən fotosərgi ilə də tanış olublar. Fotolar fransız rəssam Fernand Zakonun işləridir.
Tədbirdə Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin əməkdaşları, tələbə gənclər, jurnalistlər iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar