Dəyirmi masada 60-dan çox şəhər və rayonun gənc mədəniyyət işçisi iştirak edib

27-28 noyabr tarixində Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların iştirakı ilə "Mədəniyyətimizin inkişafında gənclərimizin rolu" adlı dəyirmi masa keçirilib.

Tədbirdə respublikanın 60-dan çox şəhər və rayonunu təmsil edən 100-dək gənc mədəniyyət işçisi iştirak edib.
Nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev respublikamızda mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflər, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə qayğısı sayəsində əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında mədəniyyət amilinin əhəmiyyəti barədə iştirakçılara geniş məlumatlar verib.
Dəyirmi masada gənc əməkdaşların potensialından səmərəli istifadə yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin təşkili zamanı qüvvələrin səfərbər olunması, sahənin inkişafına xidmət edəcək kreativ təkliflərin müəyyənləşdirilməsi, gənclərə nazirlik tərəfindən diqqətin artırılması, müəssisələr və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılması, sosial şəbəkələrdə mədəniyyətimizin təbliği ilə əlaqədar fəaliyyətin daha aktivləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, istedadlı gənclərə qayğı və onların potensialından dövlətin müxtəlif sahələrində geniş istifadə olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mədəniyyət və Turizm Nazirliyi sözügedən istiqamətdə məqsədyönlü işlərin görülməsini planlaşdırır və bu işdə gənclərin fəal iştirakını gözləyir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar