Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təqdimatı olub. Fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və sektorun məsləhətçisi Sərxanbəy Xuduyev iştirakçılara qurumun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, layihələri, gələcək planları barədə məlumat veriblər.
Fondun icraçı direktoru Oqtay Səmədov cəmiyyətin ən fəal təbəqəsi olan tələbə gənclərin bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsinin Bilik Fondunun əsas missiyası olduğunu vurğulayıb və gəncləri müxtəlif növ tədbirlərə könüllülər qismində cəlb olunmasının vacibliyini vurğulayıb, iştirakçıların suallarını cavablandırıb. Fondun universitetin tələbə-müəllim heyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar