Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” adlı sərgi açılıb. Sərgi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Milli Muzeyinin təşkilatçılığı, ölkəmizin Praqadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və ölkəmizin səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər. Səfirliyin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin dahi bəstəkar Üzeyir Hacıbəylinin “Sənsiz” romansını tarda və fortepianoda canlı ifa etmələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonra qonaqlar Azərbaycan milli mətbəxinin təamlarını dadına baxıblar.
Çexiya Milli Muzeyinin binasının müxtəlif zallarında Azərbaycanın zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim sikkələr, digər dəyərli əşyalar nümayiş etdirilib.
İştirakçılara mədəniyyət və tariximiz haqqında nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı, məlumat kitabçaları təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar