2015-ci ildə Azərbaycanda İranın, 2016-cı ildə isə İranda Azərbaycanın mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulur

Dekabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonağı salamlayan Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışdı, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir.
Azərbaycan və İran arasında əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran nazir son iki ayda dost ölkənin nümayəndə heyətləri ilə mütəmadi görüşlərin keçirildiyini vurğuladı. Bu görüşlər nəticəsində səmərəli işbirliyi, tariximizi, mədəniyyətimizi birləşdirən amillərin geniş şəkildə təqdim edilməsi arzusunu dilə gətirdi. Nazir qeyd etdi ki, Azərbaycan və İran prezidentləri arasında səmimi münasibətlərin olması dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsini zəruri edir.
Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycanla mədəni sahədə sıx əlaqələrin qurulduğunu dedi. O, Azərbaycanın qədim tarixə malik olduğunu, eyni zamanda mədəni müxtəlifliyi ilə tanındığını qeyd etdi. Ulu babalardan hər iki xalqa miras qalan mədəniyyətin gələcək nəsillərə ötürülməsinin vacib olduğunu bildirən Əbuzər İbrahimi Türkman qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımızın bir-birini daha yaxından tanımasında mədəniyyətin önəmli rol oynadığını xatırlatdı. Söhbət əsnasında 2015-ci ildə Azərbaycanda İran mədəniyyəti həftəsinin, 2016-cı ildə isə İranda Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə qarşılıqlı mədəni layihələr, kino günlərinin təşkili məsələsinə də toxunuldu. Həmçinin qeyd olundu ki, Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir, bir çox layihələrdə bir-birini dəstəkləyir. İki ölkə arasında əlaqələr bundan sonra da inkişaf etdirilməli, yeni layihələrə imza atılmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar