Dekabrın 2-də Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” layihəsinin təqdimatı olub.
Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
“Qarabağın səsi” musiqi albomundakı kompozisiyalar işğal altındakı Xocavənd, Xocalı, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunub. Kompozisiyaların müəllifi Əməkdar artist Rain Sultanovdur.
Layihənin reallaşmasında Xalq artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Linnea Olson, Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Azərbaycan, ingilis, rus və ispan dillərində hazırlanan kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb.
Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söhbət açaraq, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu dərin təəssüflə qeyd edib. Xocalı hadisələri zamanı sağ qalan Yasəmən Həsənova ilə söhbətini xatırladan qonaq bu xanımın indi Xocalıdan olanların övladlarına dərs dediyini və uşaqlara bu yerin necə gözəl olmasından söhbət açdığını diqqətə çatdırıb.
Əməkdar artist Rain Sultanov layihənin reallaşmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Sonra layihə haqqında film nümayiş olunub. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan digər xalqlara və onların mədəniyyətlərinə hər zaman açıq olub, burada klassik və caz musiqisi dərindən kök salıb. Albomdakı musiqilərdən bunun bir daha şahidi olmaq mümkündür. Bu əsərlərdə torpaqlarımızın işğal edilməsinə etiraz, bu itkidən fiziki və mənəvi əziyyət çəkən insanlara qarşı bir mərhəmət duyulur.
Mərasimdə yerli və xarici musiqiçilər alboma daxil olan kompozisiyaları ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar