Dekabrın 12-də Sabunçu rayon MKS-nin 8 saylı filialında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən filialın müdiri Həmail Əzizova bildirdi ki, ümummilli liderin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq məfkurəsini irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən milli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.
Ulu öndərin mədəniyyət sahəsində gördüyü işlər də danılmazdır. O deyirdi ki, “Xalq bir çox xüsusiyyətlər ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Müstəqilliyimizin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması dövrü başlandı.
Sabunçu rayon MKS-nin direktor müavini Sakitə Quliyeva, metodika-biblioqrafiya şöbəsinin müdiri Səmayə Nuriyeva, oxuculara xidmət şöbəsinin müdiri İlhamə Vəliyeva və digər çıxış edənlər Heydər Əliyevin Azərbaycanın tarixində tutduğu yerdən söz açdılar, ulu öndərin hakimiyyətdə olduğu illərdə yorulmaz dövlətçilik fəaliyyəti ilə xalqı üçün şanlı tarix yaratdığını vurğuladılar.
Tədbirdə Sabunçu rayon 113 saylı orta məktəbin şagirdlərinin ifasında dahi rəhbərə həsr edilmiş şeirlər səsləndi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar