2014-cü il nəş­riy­yat və ki­tab­xa­na işi sa­hə­sin­də əla­mət­dar ye­ni­lik­lər­lə yad­da qa­lıb

Son il­lər res­pub­li­ka­mız­da ki­tab nəş­ri, ki­tab­xa­na işi, mil­li ədə­biy­ya­tın təb­li­ği sa­hə­sin­də bir sı­ra uğur­lar əl­də edi­lib. Öl­kə Pre­zi­den­ti­nin mü­va­fiq sə­rən­cam­la­rı ilə hər il gör­kəm­li mü­tə­fək­kir və ədib­lə­rin yu­bi­ley­lə­ri qeyd edi­lir.

Bu il Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130, Əli bəy Hü­seyn­za­də­nin 150, İl­yas Əfən­di­ye­vin 100, Ab­bas­qu­lu ağa Ba­kı­xa­no­v və Mir­zə Şə­fi Va­ze­hin 220, Qıl­man İl­ki­nin 100, Hü­seyn Ari­fin 90, Rə­fiq Zə­ka Xən­da­nın 75, Nə­bi Xəz­ri­nin 90 il­lik yu­bi­ley­lə­ri döv­lət sə­viy­yə­sin­də ge­niş şə­kil­də qeyd edi­lib. Ey­ni za­man­da Xalq ya­zı­çı­sı, gör­kəm­li dra­ma­turq İl­yas Əfən­di­ye­vin 100 il­li­yi ilə bağ­lı UNES­CO-da (Pa­ris) və TÜRK­SOY-da (An­ka­ra) təd­bir­lər ke­çi­ri­lib. Həm­çi­nin An­ka­ra­da Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­li­yi­nə, TÜRK­SOY-un iş­ti­ra­kı ilə İs­tan­bul Uni­ver­si­te­tin­də Əli bəy Hü­seyn­za­də­nin 150 il­li­yi­nə, Frank­furt bey­nəl­xalq ki­tab sər­gi­si çər­çi­və­sin­də Mir­zə Şə­fi Va­ze­hin 220 il­li­yi­nə həsr olun­muş təd­bir­lər təş­kil edi­lib.
Bun­dan əla­və, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin mü­va­fiq əmr­lə­ri ilə bu il Uk­ray­na şai­ri Ta­ras Şev­çen­ko­nun və rus şai­ri və ya­zı­çı­sı M.Y.Ler­mon­to­vun 200 il­li­yi, Xalq şai­ri Va­qif Sə­mə­doğ­lu­nun 75, ta­nın­mış şair­lər Zey­nal Xə­li­lin 100, Əli Tu­də­nin 90, Çin­giz Əlioğ­lu­nun 70 il­li­yi tən­tə­nə­li şə­kil­də qeyd edi­lib.
Hər il ol­du­ğu ki­mi, bu il də bey­nəl­xalq ki­tab sər­gi­lə­rin­də na­zir­li­yin iş­ti­ra­kı ilə Azər­bay­can ki­ta­bı uğur­la təm­sil olu­nub. Minsk, Lon­don, Bu­da­peşt, Pra­qa, Mosk­va, Frank­furt, İs­tan­bul şə­hər­lə­rin­də ke­çi­ri­lən bey­nəl­xalq sər­gi-yar­mar­ka­lar­da nü­ma­yiş et­di­ri­lən mil­li nəşr və çap məh­sul­la­rı­mız zi­ya­rət­çi­lə­rin bö­yük ma­ra­ğı­na sə­bəb olub, Azər­bay­can haq­qın­da hə­qi­qət­lər xa­ri­ci öl­kə­lə­rin ic­ti­maiy­yə­ti­nə çat­dı­rı­lıb. 2015-ci il­də Ba­kı­da ke­çi­ri­lə­cək I Av­ro­pa Oyun­la­rı ilə bağ­lı buk­let və bro­şür­lər də ma­raq­la­nan­la­ra pay­la­nı­lıb.
MDB-nin “Döv­ri mət­buat, ki­tab nəş­ri, ki­tab ya­yı­mı və po­liq­ra­fi­ya mə­sə­lə­lə­ri üz­rə” Döv­lət­lə­ra­ra­sı Şu­ra­sı­nın tə­şəb­bü­sü ilə ənə­nə­vi ola­raq ke­çi­ri­lən “Ki­tab sə­nə­ti” mü­sa­bi­qə­sin­də bu il də Azər­bay­can ki­ta­bı bö­yük uğur qa­za­nıb. Mü­sa­bi­qə­nin doq­quz no­mi­na­si­ya­sın­dan üçün­də ki­tab­la­rı­mız I ye­rə, iki ki­ta­bı­mız II ye­rə, bir ki­ta­bı­mız üçün­cü ye­rə la­yiq gö­rü­lüb. Xalq ya­zı­çı­sı El­çi­nin "Nə­dir öm­rün mə­na­sı" ki­ta­bı “Qran-pri" no­mi­na­si­ya­sın­da, Xalq rəs­sa­mı Sal­xab Məm­mə­do­vun "Al­bom­"u "Mə­nim öl­kəm" no­mi­na­si­ya­sın­da xü­su­si mü­ka­fat­lar­la təl­tif olu­nub.
İ­lin yad­da­qa­lan ha­di­sə­lə­rin­dən bi­ri də Azər­bay­can ki­tab­xa­na­çı­la­rı­nın ümum­res­pub­li­ka mü­şa­vi­rə­si olub. Ap­re­lin 29-da Mil­li Ki­tab­xa­na­da ke­çi­ri­lən mü­şa­vi­rə­də “A­zər­bay­can Res­pub­li­ka­sın­da ki­tab­xa­na-in­for­ma­si­ya sa­hə­si­nin 2008-2013-cü il­lər­də in­ki­şa­fı üz­rə Döv­lət Proq­ra­mı”­nın ye­kun­la­rı təh­lil edi­lib, qar­şı­da du­ran və­zi­fə­lər nə­zər­dən ke­çi­ri­lib. Na­zir­li­yin ADA Uni­ver­si­te­ti ilə bir­gə ke­çir­di­yi “Ki­tab­xa­na-in­for­ma­si­ya sa­hə­sin­də əl­də edil­miş nə­zə­ri və təc­rü­bi nai­liy­yət­lə­rin tət­bi­qi” möv­zu­sun­da bey­nəl­xalq el­mi konf­rans­da müa­sir ki­tab­xa­na­la­rın in­ki­şa­fı, oxu­cu­la­ra elekt­ron xid­mət və s. mə­sə­lə­lə­rin mü­za­ki­rə­si ba­xı­mın­dan əhə­miy­yət­li olub. Na­zir­li­yin UNES­CO-nun “İn­for­ma­si­ya ha­mı üçün” Proq­ra­mı­nın Azər­bay­can Ko­mi­tə­si­nin dəs­tə­yi ilə hə­ya­ta ke­çir­di­yi “A­zər­bay­can ədə­biy­ya­tı­nın vir­tual ki­tab­xa­na­sı”­nın ya­ra­dıl­ma­sı işi uğur­la da­vam et­di­ri­lir. “Azər­bay­can ədə­biy­ya­tı­nın vir­tual ki­tab­xa­na­sı” www.az­lib­net­.az say­tın­da yer­ləş­di­ri­lib. Vir­tual ki­tab­xa­na­da müx­tə­lif böl­mə­lər üz­rə 1000-dən çox elekt­ron ki­tab yer­ləş­di­ri­lib, il ər­zin­də oxu­cu sa­yı 600 min nə­fər­dən çox olub.
“A­zər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət Kon­sep­si­ya­sı”­nın mü­va­fiq mad­də­lə­ri­nin ic­ra­sı, öl­kə­də fəa­liy­yət gös­tə­rən özəl nəş­riy­yat­la­rın fəa­liy­yə­ti­nə döv­lət dəs­tə­yinin ve­ril­mə­si, ya­yım və sa­tış mü­hi­ti­nin da­ha da yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə “A­zər­bay­can Res­pub­li­ka­sın­da nəş­riy­yat-po­liq­ra­fi­ya işi­nin və ki­tab sə­nə­ti­nin 2015-2020-ci il­lər­də in­ki­şa­fı üz­rə Döv­lət Proq­ra­mı” ha­zır­la­na­raq Na­zir­lər Ka­bi­ne­ti­nə təq­dim olu­nub. Mil­li mə­də­niy­yə­tin təb­li­ği, dün­ya ədə­biy­ya­tın­dan nü­mu­nə­lə­rin oxu­cu­la­ra çat­dı­rıl­ma­sı məq­sə­di­lə 70-dən artıq ad­da nəşr na­zir­li­yin dəs­tə­yi ilə işıq üzü gö­rüb, öl­kə ki­tab­xa­na­la­rı­na pay­la­nı­lıb.
Av­ra­si­ya Ya­zar­lar Bir­li­yi, TÜRK­SOY, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən III Bey­nəl­xalq Mah­mud Kaş­ğar­lı he­ka­yə mü­sa­bi­qə­si­nə ye­kun vu­ru­lub, 8 de­kabr­da Ba­kı­da qa­lib­lə­rin mü­ka­fat­lan­dı­rıl­ma mə­ra­si­mi ke­çi­ri­lib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar