De­kab­rın 26-da Qa­ra Qa­ra­yev adı­na Mər­kə­zi İn­cə­sə­nət Mək­tə­bin­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin 2014-cü ilin ye­kun­la­rı­na həsr edil­miş kol­le­gi­ya ic­la­sı ke­çi­ril­di. İc­las­da na­zir­li­yin struk­tu­ru­na da­xil olan qu­rum­la­rın rəh­bər şəxs­lə­ri işti­rak edir­di.

Gün­də­li­yə aşa­ğı­da­kı mə­sə­lə­lər da­xil edil­miş­di: na­zir­li­yin 2014-cü il üçün he­sa­ba­tı­nın, 2015-ci ilin bi­rin­ci ya­rı­mi­li üçün iş pla­nı­nın təs­diq edil­mə­si, uşaq mu­si­qi, in­cə­sə­nət və rəs­sam­lıq mək­təb­lə­rin­də pe­da­qo­ji kadr və­ziy­yə­ti­nin tə­mi­na­tı, öl­kə Pre­zi­den­ti­nin 22 may 2009-cu il ta­rix­li sə­rən­ca­mı ilə təs­diq edil­miş “A­zər­bay­can re­gion­la­rın­da fəa­liy­yət gös­tə­rən mu­zey­lə­rin müa­sir stan­dart­la­ra uy­ğun tə­mi­ri, ye­ni ava­dan­lıq və zə­ru­ri eks­po­nat­lar­la təc­hi­za­tı­na da­ir Təd­bir­lər Pla­nı”­nın ic­ra­sı, na­zir­li­yin bey­nəl­xalq əla­qə­lə­ri, "Şah­dağ" Tu­rizm Mər­kə­zi­nin fəa­liy­yə­ti və na­zir­li­yin ye­ni struk­tu­ru ba­rə­də.

Döv­lə­tin diq­qət və qay­ğı­sı fəa­liy­yə­ti­mi­zə ən bö­yük sti­mul­dur

Əv­vəl­cə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin mü­va­fiq sə­rən­cam­la­rı, elə­cə də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin qə­rar­la­rı ilə fəx­ri ad­la­ra la­yiq gö­rül­müş bir qrup mə­də­niy­yət və in­cə­sə­nət iş­çi­si­nə mü­ka­fat­lar təq­dim edil­di. Na­zir təl­tif olu­nan­la­rı bir da­ha təb­rik edə­rək gə­lə­cək iş­lə­rin­də uğur­lar ar­zu­la­dı.
Kol­le­gi­ya ic­la­sın­da mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev il ər­zin­də gö­rü­lən iş­lər haq­qın­da ge­niş mə­ru­zə ilə çı­xış et­di, bu il öl­kə­miz­də ke­çi­ri­lən möh­tə­şəm mə­də­niy­yət təd­bir­lə­rin­dən, Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də gö­rül­müş iş­lər­dən və qar­şı­da du­ran və­zi­fə­lər­dən söz aç­dı. Bil­dir­di ki, ötən il­lər­də ol­du­ğu ki­mi, bu il də na­zir­lik üçün məh­sul­dar bir dövr olub, ey­ni za­man­da bir sı­ra ye­ni­lik­lər­lə yad­da qa­lıb.
İl ər­zin­də baş ve­rən ən mü­hüm ha­di­sə­lə­rə nə­zər sa­lan Əbül­fəs Qa­ra­yev ic­las iş­ti­rak­çı­la­rı­nın nə­zə­ri­nə çat­dır­dı ki, na­zir­lik və onun struk­tu­run­da fəa­liy­yət gös­tə­rən böl­mə­lər da­im döv­lət rəh­bər­li­yi­nin diq­qət və qay­ğı­sı­nı hiss edir. Söz­süz ki, bu qay­ğı və diq­qət fəa­liy­yə­ti­miz­də özü­nü bü­ru­zə ve­rir.
Na­zir Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ğin­də Hey­dər Əli­yev Fon­du­nun və şəx­sən Fon­dun pre­zi­den­ti, UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın səy­lə­ri­ni xü­su­si qeyd et­di. Bil­dir­di ki, Hey­dər Əli­yev Fon­du mə­də­ni ir­si­mi­zin, o cüm­lə­dən is­tər öl­kə­miz­də, is­tər­sə də xa­ric­də ta­ri­xi və mə­də­niy­yət abi­də­lə­ri­nin qo­ru­nub sax­la­nıl­ma­sı­na və bər­pa edil­mə­si­nə bö­yük diq­qət ye­ti­rir: “Fon­dun ke­çir­di­yi təd­bir­lər bi­zim işi­mi­zin tək­mil­lə­şə­rək da­ha sə­mə­rə­li qu­rul­ma­sı­na tə­kan ve­rir. He­sab edi­rəm ki, bu təd­bir­lər öl­kə­mi­zin ümu­mi mə­də­niy­yət mən­zə­rə­si­nin ən önəm­li və ay­rıl­maz his­sə­si­dir”.

Mə­də­niy­yət sa­hə­sin­də ye­ni­lik­lər in­ki­şa­fa tə­kan ve­rir

Na­zir diq­qə­tə çat­dır­dı ki, öl­kə Pre­zi­den­ti­nin 2014-cü il 14 fev­ral ta­rix­li sə­rən­ca­mı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət Kon­sep­si­ya­sı təs­diq edi­lib. Bu sə­nəd ar­tıq bü­töv bir mə­də­niy­yət si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­nin is­ti­qa­mət­ve­ri­ci proq­ra­mı­dır: “Ar­tıq bi­zim ha­zır­la­dı­ğı­mız la­yi­hə­lər və hə­ya­ta ke­çir­di­yi­miz təd­bir­lər, na­zir­li­yin işin­də ye­ni­lik­lər kon­sep­si­ya­ çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ri­lir. Kon­sep­si­ya­ya əsa­sən na­zir­lik bir ne­çə xü­su­si sə­nəd ha­zır­la­dı. “Qaf­qaz Al­ba­ni­ya­sı ir­si­nin təd­qi­qi, mü­ha­fi­zə­si və təb­li­ği­nə da­ir Döv­lət Proq­ra­mı”, “A­zər­bay­can Res­pub­li­ka­sın­da uşaq mu­si­qi, in­cə­sə­nət və rəs­sam­lıq mək­təb­lə­ri­nin in­ki­şa­fı üz­rə Döv­lət Proq­ra­mı (2014-2018-ci il­lər)”, “Döv­lət rəsm qa­le­re­ya­la­rı­nın pers­pek­tiv in­ki­şa­fı üz­rə Döv­lət Proq­ra­mı (2015-2025-ci il­lər)”, “2014-2020-ci il­lər­də Azər­bay­can qey­ri-mad­di mə­də­ni ir­si­nin qo­run­ma­sı­na da­ir Döv­lət Proq­ra­mı”, “A­zər­bay­can Res­pub­li­ka­sın­da nəş­riy­yat-po­liq­ra­fi­ya işi­nin və ki­tab sə­nə­ti­nin 2015-2020-ci il­lər­də in­ki­şa­fı­na da­ir Döv­lət Proq­ra­mı” və “A­zər­bay­can Res­pub­li­ka­sın­da ki­tab­xa­na-in­for­ma­si­ya sa­hə­si­nin 2015-2020-ci il­lər­də in­ki­şa­fı üz­rə Döv­lət Proq­ra­mı”­nın la­yi­hə­lə­ri ha­zır­la­na­raq mü­va­fiq qu­rum­la­ra gön­də­ri­lib”.
Bu il öl­kə baş­çı­sı­nın mü­va­fiq sə­rən­cam­la­rı ilə na­zir­lik tə­rə­fin­dən bir sı­ra yu­bi­ley­lər - Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın 90 il­li­yi ilə əla­qə­dar təd­bir­lər, gör­kəm­li ədə­biy­yat, in­cə­sə­nət xa­dim­lə­ri­nin yu­bi­ley­lə­ri qeyd edi­lib.
2014-cü il ta­ri­xi-mə­də­ni ir­sin qo­run­ma­sı sa­hə­sin­də mü­hüm təd­bir­lər­lə də yad­da qa­lıb: “A­zər­bay­can­da ilk də­fə ola­raq bey­nəl­xalq sə­viy­yə­də Av­ro­pa İrs Gün­lə­ri ke­çi­ril­di. Av­ro­pa İt­ti­fa­qı ilə ye­ni tvin­niq proq­ra­mı irə­li sü­rül­dü və bu sa­hə­də əmək­daş­lıq edi­rik. Cə­nab Pre­zi­den­tin sə­rən­ca­mı ilə bir ne­çə ta­ri­xi abi­də­nin bər­pa­sı hə­ya­ta ke­çi­ril­di. Ən son ha­di­sə isə na­zir­li­yin da­xi­lin­də ye­ni bir struk­tu­run - abi­də­lə­rin qo­run­ma­sı, mü­ha­fi­zə­si üz­rə döv­lət xid­mə­ti­nin ya­ra­dıl­ma­sı ol­du. Bu il xü­su­si ha­di­sə­lə­r­dən bi­ri də Azər­bay­can Xal­ça Mu­ze­yi­nin ye­ni bi­na­sı­nın açı­lı­şı ol­du. Av­qus­tun 26-da öl­kə rəh­bər­li­yi­nin iş­ti­ra­kı ilə açı­lı­şı ke­çi­ri­lən mu­zey şə­hə­ri­mi­zin ye­ni sim­vol­la­rın­dan bi­ri­nə çev­ril­di”.

Bey­nəl­xalq əmək­daş­lıq və Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı­na xid­mət edən la­yi­hə­lər

Na­zir­li­yin fəa­liy­yə­ti­nin mü­hüm bir is­ti­qa­mə­ti bey­nəl­xalq təd­bir­lər­lə bağ­lı­dır: “Azər­bay­can bu il Av­ro­pa Şu­ra­sı­nın Na­zir­lər Ko­mi­tə­si­nə sədr­lik et­di. Fəxr­lə de­yə bi­lə­rik ki, Azər­bay­ca­nın Av­ro­pa Şu­ra­sı sə­viy­yə­sin­də təq­dim edi­lən əsas la­yi­hə­lə­ri məhz mə­də­niy­yət və in­cə­sə­nət­lə bağ­lı idi. Sər­gi­lər, təq­di­mat­lar, mü­sa­bi­qə­lər, kon­sert­lər və s. bü­tün bu ha­di­sə­lər çox bö­yük əks-sə­da do­ğur­du. Azər­bay­can bu təd­bir­lər­lə nə qə­dər qüd­rət­li mə­də­niy­yə­tə sa­hib ol­du­ğu­nu nü­ma­yiş et­di­rə bil­di. Xü­su­si­lə qeyd et­mə­li­yik ki, bu təd­bir­lər na­zir­li­yin uğur­lu si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq Hey­dər Əli­yev Fon­du­nun da bö­yük dəs­tə­yi ilə real­laş­dı. Fon­dun və na­zir­li­yin bir­gə ke­çir­di­yi təd­bir­lər Azər­bay­ca­nın dün­ya­ya təq­dim edil­mə­sin­də mü­hüm yer tu­tur. Bey­nəl­xalq sə­viy­yə­li təd­bir­lər sı­ra­sın­da UNES­CO xət­ti ilə ke­çi­ri­lən təd­bir­lə­ri də qeyd et­mə­li­yik. İs­lam öl­kə­lə­ri mə­də­niy­yət na­zir­lə­ri­nin əmək­daş­lı­ğı sa­hə­sin­də gö­rü­lən iş­lə­ri də uğur­lu iş­lər si­ya­hı­sı­na da­xil et­mək olar. Azər­bay­ca­nın UNES­CO-nun qey­ri-mad­di mə­də­ni irs üz­rə ko­mi­tə­sin­də fə­al möv­qe tu­tub, ko­mi­tə­nin ic­las­la­rın­da sö­zü­müz hər za­man eşi­di­lə­rək qə­bul edi­lib. Bu­nun nə­ti­cə­sin­də bəd­xah er­mə­ni­lə­rin bir ne­çə fayl­la­rı­nın da qar­şı­sı­nın alın­ma­sı­na, məh­dud­laş­dı­rıl­ma­sı­na na­il ol­mu­şuq. Azər­bay­can kə­la­ğa­yı sə­nə­ti­nin UNES­CO-nun si­ya­hı­sı­na sa­lın­ma­sı qey­ri-mad­di mə­də­ni ir­si­mi­zin təb­li­ği sa­hə­sin­də da­ha bir nai­liy­yə­ti­miz ol­du”.
Na­zir TÜRK­SOY təş­ki­la­tı ilə əla­qə­lə­rin bir sı­ra la­yi­hə­lə­rin ger­çək­ləş­mə­si­nə şə­rait ya­rat­dı­ğı­nı vur­ğu­la­dı. Türk döv­lət­lə­ri rəh­bər­lə­ri­nin bir­gə qə­bul et­di­yi sə­nəd əsa­sın­da öl­kə­lər ara­sın­da tu­rizm mü­ba­di­lə­si­nin güc­lən­di­ril­mə­si və mi­lli mə­də­niy­yət­lər üzə­rin­də qu­ru­lan mə­də­ni tu­rizm proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si bö­yük əhə­miy­yət kəsb edir. Gə­lən il Ba­kı­da üçün­cü də­fə Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu­nun ke­çi­ri­lə­cə­yi­ni de­yən na­zir bu möh­tə­şəm təd­bi­rin Azər­bay­ca­nın bey­nəl­xalq nü­fu­zu­nun gös­tə­ri­ci­si ol­du­ğu­nu vur­ğu­la­dı.
­A­zər­bay­ca­nın hər il müx­tə­lif bey­nəl­xalq mə­də­niy­yət təd­bir­lə­ri­nə ev sa­hib­li­yi et­di­yi­ni de­yən Əbül­fəs Qa­ra­yev bil­dir­di ki, bu təd­bir­lə­rin ar­xa­sın­da bö­yük bir ko­man­da­nın əmə­yi du­rur: “Bu il ye­ni­lik­lər də ol­du. İlk də­fə Şə­ki­də I Bey­nəl­xalq Te­atr Fes­ti­va­lı ke­çi­ril­di. Artıq üçün­cü də­fə ke­çi­ri­lən Bey­nəl­xalq Te­atr Konf­ran­sı da yad­da­qa­lan ha­di­sə ol­du. İlin uğur­lu ye­kun­la­rı sı­ra­sın­da Arif Mə­li­ko­vun “Mə­həb­bət əf­sa­nə­si” ba­le­ti­nin Ru­si­ya Bö­yük Teat­rın­da prem­ye­ra­sı­nı, Qa­ra Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti­nin ABŞ-ın San Di­ye­qo Şə­hər Teat­rın­da təq­di­ma­tı­nı vur­ğu­la­ya bi­lə­rik. Bu ha­di­sə­lər Azər­bay­can mu­si­qi­si­ni bey­nəl­xalq are­na­da ta­nıt­ma­ğa bi­zə im­kan ver­di”.

Re­gion­lar­la iş müs­bət nə­ti­cə­si­ni gös­tər­mək­də­dir

Na­zir bil­dir­di ki, gö­rü­lən iş­lər re­gion­lar­da mə­də­niy­yə­tin in­ki­şa­fı­na tə­kan ve­rir. Böl­gə­lə­rin mə­də­ni ir­si­nin təb­li­ği sa­hə­sin­də na­zir­li­yin “Xalq ya­ra­dı­cı­lı­ğı pay­taxt­la­rı” la­yi­hə­si­nin xü­su­si ye­ri var: “Pay­taxt”la­rın elan edil­mə­si, dü­şü­nü­rəm ki, önəm­li la­yi­hə ol­du, bu­nun sa­yə­sin­də böl­gə­lər­də fes­ti­val­la­rın əsa­sı qo­yul­du.
Re­gion­lar­da qə­bul­la­rı­mız za­ma­nı bu işin nə­ti­cə­lə­ri­ni gö­rə bil­dik. Bu təd­bir­lər­lə yer­lər­də tu­rizm xid­mət­lə­ri­nin in­ki­şa­fı­na da tə­kan ver­miş olu­ruq. Re­gion­lar­da gö­rüş­lə­ri­miz za­ma­nı hə­min əra­zi­də fəa­liy­yət gös­tə­rən mə­də­niy­yət və in­cə­sə­nət adam­la­rın­dan də­yər­li ide­ya­la­rın irə­li sü­rül­dü­yü­nün şa­hi­di olu­ram və bu mə­ni çox se­vin­di­rir.
Re­gion­lar­da mad­di-tex­ni­ki ba­za­nın güc­lən­mə­si yö­nün­də iş­lər da­vam et­di­ril­mə­li­dir. Mu­si­qi mək­təb­lə­ri, di­yar­şü­nas­lıq mu­zey­lə­ri, ki­tab­xa­na­lar, mə­də­niy­yət ev­lə­ri­nin bər­pa­sı­na diq­qət ay­rıl­ma­lı­dır. Yer­lər­də ida­rə­çi­li­yə ya­ra­dı­cı ya­naş­ma hiss olu­nur. Bu ide­ya­la­rı tət­biq et­mə­li­yik. Müa­sir dü­şün­cə­ni tət­biq et­mək gü­nün real­lıq­la­rın­dan bi­ri­dir. Müa­sir in­no­va­tiv tə­şəb­büs­lər dəs­tək­lən­mə­li­dir”.

Ki­no və te­atr

Na­zir ki­no və te­atr sa­hə­si­nin uğur­la­rın­dan da­nış­dı: “Ni­za­mi Ki­no Mər­kə­zi tam gü­cü ilə iş­lə­yir. Bu mə­kan­da ye­ni təq­di­mat­lar, bey­nəl­xalq film fes­ti­val­la­rı ke­çi­ri­lir. Bu il Ba­kı­da ikin­ci də­fə ke­çi­ri­lən id­man film­lə­ri fes­ti­va­lı la­yi­hə­nin təş­ki­lat­çı­la­rı tə­rə­fin­dən ən yax­şı fes­ti­val ki­mi təs­diq edil­di. Həm­çi­nin ikin­ci də­fə tu­rizm film­lə­ri fes­ti­va­lı ger­çək­ləş­di. İl ər­zin­də film­lə­ri­miz 50-dək bey­nəl­xalq fes­ti­val­da iş­ti­rak edib, əl­də et­di­yi­miz mü­ka­fat­lar da az de­yil. Ye­ni çə­kil­miş film­lə­ri­miz ar­tıq bey­nəl­xalq are­na­ya çı­xır. Bü­tün bun­lar gö­rü­lən iş­lə­rin nə­ti­cə­si­dir.
A­zər­bay­can teatr­la­rın­da for­ma­la­şan bey­nəl­xalq təc­rü­bə­ mü­ba­di­ləsi bi­zim öl­kə­nin teatr­se­vər­lə­ri­nə də ki­fa­yət qə­dər müs­bət nə­ti­cə nü­ma­yiş et­di­rə bi­lir. Teatr­lar­da qu­ru­lan ye­ni ta­ma­şa­lar, qast­rol sə­fər­lə­ri, söz­süz ki, qay­nar te­atr hə­ya­tı­na rəng qa­tır”.

Mö­tə­bər yu­bi­ley­lə­rin keçirilməsi na­zir­li­yə eti­mad­dır

2014-cü il­də də bö­yük şəx­siy­yət və ta­ri­xi ha­di­sə­lə­rin yu­bi­ley­lə­ri ilə bağ­lı sil­si­lə tədbirlər ke­çi­ri­lib: “Diq­qət­lə bax­saq gö­rə­rik ki, bi­la­va­si­tə mə­də­niy­yət və sə­nə­tə aid ol­ma­yan müx­tə­lif yu­bi­ley və təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də də na­zir­lik ya­xın­dan iş­ti­rak et­miş­dir. Bü­tün bu iş­lə­ri yük­sək sə­viy­yə­də hə­ya­ta ke­çi­rə­rək ic­ti­maiy­yə­tin ma­ra­ğı­na sə­bəb ol­ma­sı­na ça­lış­ma­lı­yıq. He­sab edi­rəm ki, bu iş na­zir­lik üçün bö­yük eti­mad ol­maq­la ya­na­şı, həm də mə­su­liy­yə­ti­mi­zi iki­qat ar­tır­ma­lı­dır. İl ər­zin­də ke­çi­ri­lən yu­bi­ley­lər sı­ra­sın­da tək­cə öl­kə­də de­yil, UNES­CO və TÜRK­SOY-dakı təd­bir­lə­ri də nə­zər­dən qa­çır­ma­ma­lı­yıq. Na­zir­li­yin xət­ti ilə ta­nın­mış te­atr və ki­no xa­dim­lə­ri­nin anım və do­ğum gün­lə­ri qeyd edil­di”.

Təh­sil­də ye­ni­lik­lər

İ­lin müs­bət ha­di­sə­lə­rin­dən bir ne­çə­si təh­sil sis­te­mi ilə bağ­lı ol­du. Əbül­fəs Qa­ra­yev bil­dir­di ki, təh­sil və tu­rizm sa­hə­sin­də döv­lət tə­rə­fin­dən irə­li sü­rü­lən proq­ram­lar bu sa­hə­lə­rin da­ha da in­ki­şa­fı­na tə­kan ve­rir. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin Tu­rizm İns­ti­tu­tu­nun ba­za­sın­da ali təh­si­lin bü­tün pil­lə­lə­rin­də tu­rizm və me­nec­ment sa­hə­lə­ri üz­rə kadr ha­zır­lı­ğı­nı hə­ya­ta ke­çi­rən Azər­bay­can Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­tinin ya­ra­dıl­ma­sı ba­rə­də sə­rən­cam ve­ril­di. Bu ad­dım öl­kə rəh­bər­li­yi­nin tu­rizm sa­hə­si­nə gös­tər­di­yi diq­qə­tin bir his­sə­si­dir. Bu­ra­da ar­tıq bü­tün təh­sil pil­lə­lə­ri­ni əha­tə edən tu­rizm sə­na­ye­si­nin kadr ha­zır­lı­ğı hə­ya­ta ke­çi­ri­lə­cək. Hər bi­ri­miz bu gün tu­rizm sa­hə­si­nin in­ki­şa­fı üçün ça­lış­ma­lı, Azər­bay­ca­na gə­lən qo­naq­la­ra düz­gün xid­mət sis­te­mi­ni for­ma­laş­dır­ma­lı­yıq. Azər­bay­can­da ye­ni Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da sə­rən­cam da bu sı­ra­dan­dır. Ha­zır­da Xo­reoq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın ye­ni la­yi­hə­si­nin təs­diq edil­mə­si üzə­rin­də məs­lə­hət­ləş­mə­lər apa­rı­lır. Bu işin Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə tap­şı­rıl­ma­sı da bir da­ha işi­mi­zə dəs­tək­dir. Ona gö­rə he­sab edi­rəm ki, bu iki sə­rən­cam­dan irə­li gə­lən mə­sə­lə­lə­rə çox cid­di ya­naş­ma­lı və on­la­rın ic­ra­sı­na var qüv­və ilə ça­lış­ma­lı­yıq. Mu­si­qi mək­təb­lə­ri­nin fəa­liy­yə­ti­nə də nə­zər sal­ma­lı­yıq. Bu il bir ne­çə kadr də­yi­şik­li­yi baş ver­di. Bu pro­ses da­vam edə­cək. Mək­təb­lər­də ye­ni­lik­lər tət­biq olun­ma­lı­dır. Ye­ni ida­rə­çi­lik üsul­la­rı ya­ra­dıl­ma­lı, nöq­san­lar ara­dan qal­dı­rıl­ma­lı­dır”.

Ki­tab­la­rı­mız öl­kə­mi­zi ta­nı­dır

Ki­tab və po­liq­ra­fi­ya işi­nin mü­hüm əhə­miy­yət kəsb edən sa­hə­lər­dən bi­ri ol­du­ğu­nu de­yən na­zir bu il Azər­bay­ca­nın bir ne­çə bö­yük bey­nəl­xalq ki­tab sər­gi­lə­rin­də iş­ti­rak et­di­yi­ni vur­ğu­la­dı: “Bey­nəl­xalq sər­gi­lər­də Azər­bay­can­da nəşr edi­lən ki­tab­lar ma­raq və rəğ­bət­lə qar­şı­la­nır. Gə­lən il Ba­kı­da növ­bə­ti bey­nəl­xalq ki­tab sər­gi-yar­mar­ka­sı ke­çi­ri­lə­cək. He­sab edi­rəm ki, nəş­riy­yat­lar bu təd­bi­rə da­ha cid­di ha­zır­laş­ma­lı­dır­lar. On­la­rın fəa­liy­yə­ti­nə mü­tə­şək­kil şə­kil­də nə­za­rət edil­mə­li­dir. Ki­tab kol­lek­to­ru öz işi­ni da­ha da sə­mə­rə­li təş­kil et­mə­li­dir”.

Tu­riz­min in­ki­şa­fı

Na­zir mə­ru­zə­də tu­rizm sa­hə­si­nin in­ki­şa­fı və bu sa­hə­də ye­ni­lik­lər ba­rə­də də da­nış­dı: “Tək­lif­lə­ri­miz əsa­sın­da Azər­bay­can­da tu­rist­lər üçün vi­za re­ji­minin sa­də­ləş­di­ril­mə­si pro­se­si baş­lan­dı və bu, tu­rist­lə­rin axı­nı­na müs­bət tə­sir gös­tər­di. Ey­ni za­man­da meh­man­xa­na­la­rın ye­ni ser­ti­fi­ka­si­ya sis­te­mi­nə keç­mə­si də bu iş­də müəy­yən irə­li­lə­yiş­lə­rə sə­bəb ola­caq. Meh­man­xa­na­la­ra li­sen­zi­ya­la­rın ve­ril­mə­si tam şəf­faf şə­kil­də hə­ya­ta ke­çi­ri­lir, mü­tə­ma­di mo­ni­to­rinq­lər apa­rı­lır. Bü­tün bun­lar da ic­ti­maiy­yə­tin da­im diq­qə­tin­də­dir. Bu sa­hə­də bey­nəl­xalq sə­viy­yə­də əmək­daş­lıq­la­rı­mız da­vam edir. CNN və “Eu­ro­news” ki­mi ka­nal­lar­da Azər­bay­ca­nın tu­rizm im­kan­la­rı, öl­kə­mi­zin mə­də­niy­yə­ti təq­dim olu­nur. Tu­rizm və mə­də­niy­yət an­la­yı­şı­nın bir­ləş­mə­si pro­se­si öz tem­pi­ni da­ha da sü­rət­lən­di­rir”.
* * *
Çı­xı­şı­nın so­nun­da 2014-cü ilin Azər­bay­can mə­də­niy­yə­ti üçün uğur­la ba­şa çat­dı­ğı­nı diq­qə­tə çat­dı­ran na­zir bil­dir­di ki, qar­şı­da bi­zi da­ha mə­sul iş­lər, bö­yük təd­bir­lər göz­lə­yir. İc­las­da 2014-cü il­də gö­rü­lən iş­lər­lə bağ­lı mü­za­ki­rə­lər apa­rıl­dı, əl­də edi­lən uğur­lar­la ya­na­şı, möv­cud prob­lem­lər­dən də söz açıl­dı, ye­ni la­yi­hə­lər ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rıl­dı.

L.Azə­ri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar