Xəbər verdiyimiz kimi, dekabrın 22-dən 27-dək Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Misirin Turizm Nazirliyinin dəvəti ilə bu ölkənin məşhur turizm mərkəzi olan Şarm Əl-Şeyx şəhərində səfərdə olub. Yanvarın 8-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində press-turda iştirak etmiş media nümayəndələri ilə görüş keçirildi.

Səfirliyin müvəqqəti işlər vəkili Haitham Mahmud Cəlal Əhməd ilə görüşdə media nümayəndələri ilə yanaşı, azərbaycanlı jurnalistlərin səfərinə dəstək vermiş Misirin “EgAz tours” şirkətinin vitse-prezidenti Tovuz Şendi də iştirak edirdi.
Müşavir bildirdi ki, görüşün məqsədi Şarm Əl-Şeyxin turizm imkanları haqqında azərbaycanlı media təmsilçilərinin təəssüratlarının, ümumi rəyin öyrənilməsidir: “Əgər hər hansı mənfi tərəflər varsa, çalışıb onları aradan qaldıraq”.
Press-turda iştirak etmiş KİV nümayəndələri şəhərin turizm imkanlarını yüksək qiymətləndirməklə yanaşı, göstərilən xidmətin də ən müasir standartlara cavab verdiyini bildirdilər. Söhbət əsnasında jurnalistlər Şarm Əl-Şeyx şəhərində onları qəbul edən “EgAz tours” şirkətinin layihənin uğurla reallaşmasında rolundan bəhs etdilər. Bildirildi ki, səfər həm də Misirdə turistlərin təhlükəsizliyi ilə bağlı yayılan neqativ fikirlərin aradan qaldırılması baxımından əhəmiyyətli oldu.
Görüşdə Azərbaycanla Misir arasında qarşılıqlı əlaqələrdən söz açıldı və qeyd olundu ki, iki ölkə arasında münasibətləri bütün sahələrdə inkişaf etdirmək üçün turizm sahəsinə də önəm verilməlidir. Müvəqqəti işlər vəkili yaxın gələcəkdə iki ölkə arasında qarışlıqlı turizm mübadiləsi imkanlarının reallaşdırılmasına da toxundu. Bildirdi ki, əlaqələrin intensivləşməsinə əngəl yaradan birbaşa hava reysinin olmamasıdır ki, hazırda bu məsələnin həlli ilə bağlı danışıqlar gedir.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İntiqam Hümbətov Azərbaycanla Misir arasında əlaqələrin vacibliyini vurğuladı, turizm sahəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, nazirlik qarşılıqlı turizm əlaqələrinə və turist mübadiləsinə zəmin yaradan belə səfərlərlə bağlı təşəbbüsləri bundan sonra da dəstəkləyəcək. Görüş maraqlı fikir mübadiləsi ilə başa çatdı.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar