Yanvarın 15-də Rumıniyanın ölkəmizdəki səfirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkətinin təşkilati dəstəyi ilə Bakıda Rumıniya mədəniyyəti günü keçirilib. Mədəniyyət günü Rumıniyanın milli şairi Mixay Emineskunun 165 illik yubileyinə həsr edilib.
Əvvəlcə səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış rumın bəstəkarı, skripkaçısı və dirijoru Corc Eneskunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, xalqlarımız bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşırlar.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından danışıb. Vurğulanıb ki, son illər ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iki ölkənin dostluq əlaqələrindən, mədəniyyət sahəsində imzalanan sazişlərdən söz açıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, “Azərmarka” şirkəti iki ölkənin maddi-mənəvi dəyərlərini əks etdirən markalar buraxıb. Bu, ölkələrimizin yaxınlaşması istiqamətində atılan böyük addımdır.
Sonda görkəmli rumın şairi Mixay Emineskunun şeirləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar