Yanvarın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

“İçərişəhər” DTMQİ-nin rəisi Samir Nuriyev ötən ilin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, “İçərişəhər” və “Qala” qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışıb. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğində önəmini vurğulayan idarə rəisi bildirib ki, 2014-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa-konservasiyası işləri və turistlərin cəlb edilməsi idarənin əsas prioritetləri olub. Ötən il Qız qalasında və Şirvanşahlar Sarayı Kompleksində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyalarının yaradılması ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
İclasda 2014-cü ilin uğurlarından da bəhs edilib, “İçərişəhər” DTMQİ-nın “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyasında “Milli irs-2014” və Qız qalası abidəsinin “TripAdvisor”un “Certificate of Excellence-2014” (“Mükəmməllik Sertifikatı-2014”) mükafatına layiq görülməsi xüsusi vurğulanıb.
İdarənin bir sıra rəhbər şəxsləri hesabatla çıxış edərək müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlərdən danışıblar.
İclasın sonunda “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2015-ci il, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edilib, idarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar