Yanvarın 16-da Milli Kitabxanada Qanlı Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirovun giriş sözündən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra təbdir iştirakçıları qanlı hadisələrdən bəhs edən sənədli kadrlara baxıblar.
Kitabxananın direktoru çıxışında tarixə qısa nəzər salaraq 1990-cı ilin 20 yanvarında sovet ordu birləşmələrinin Bakıda dinc əhaliyə divan tutmasından ağrı-acı ilə bəhs edib. Həmin müdhiş olaylar zamanı televiziyanın enerji blokunun partladıldığını, qəzetlərin çıxmadığını, Azərbaycanın informasiya blokadasında olduğunu xatırladan K.Tahirov ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli 1990-cı ilin 20 yanvarında keçmiş Sovet İttifaqının hərb maşınlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.
Yeni çapdan çıxmış “Qara Yanvar dialoqu” kitabının müəllifləri Məzahir Süleymanzadə və Şakir Yaqubov nəşrin ərsəyə gəlməsindən, materialların ürək ağrısı ilə toplanıb tədqiq olunmasından danışıblar.
“Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin üzvləri faciəyə həsr olunmuş şeirlər səsləndiblər.
Sonda iştirakçılar qanlı hadisələri özündə əks etdirən “20 Yanvar - hüzn və milli qürur günü” adlı geniş kitab sərgisi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar