Yanvarın 19-da Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Vətən şəhidləri unudulmaz” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov açaraq tariximizin ağrı-acılı səhifəsindən danışdı, gənclərə bu faciəni unutmamağı tövsiyə etdi.
Muzeyin böyük elmi işçisi Sevinc Quliyeva 20 Yanvarın Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını diqqətə çatdırdı.
Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu çıxış edərək bu faciənin canlı şahidi kimi həmin gecə gördüyü dəhşətlərdən söhbət açdı.
Tədbirin bədii hissəsində Milli Konservatoriyanın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyevanın ifasında Ərtoğrul Cavidin “Poema”, Sərdar Fərəcovun “Qayıt” əsərləri səsləndirildi. Onu royalda Sevinc Kərimova müşayiət edirdi. Bəstəkar S.Fərəcovun “Fortepiano üçün 3-cü prelüd” əsərini royalda Zülfiyyə Sadıqova ifa etdi.
Tədbirə “Aytam” İctimai Birliyinin üzvləri də dəvət edilmişdi. Birliyin rəhbəri Aygün Zamanlı çıxış edərək uşaqların Azərbaycan şairlərinin, yazıçılarının 20 Yanvar faciəsinə həsr etdikləri əsərlərdən parçaları necə böyük məsuliyyətlə hazırlamasından söhbət açdı. Birliyin üzvləri xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və Qabilin əsərlərindən parçalar söylədilər.
Sonra birliyin üzvü Aytac Babayeva royalda Mariage D’Amourun “Pyes”ini, L.V.Bethovenin “Aylı sonata” əsərlərini səsləndirdi. Anım tədbirində paytaxtın 18 nömrəli orta məktəbinin müəllim və şagird kollektivi də iştirak edirdi.
Sonda iştirakçılar muzeyin ekspozisiya otaqları ilə tanış oldular və xatirə şəkilləri çəkdirdilər.

Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar