Mədəniyyət və turizm naziri Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının sakinlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə hər ay vətəndaşlarla görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 22-də Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Nazir qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şabran rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dan çox vətəndaş qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair xahiş və təklifləri səsləndirilib.
Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, mədəniyyət ocaqlarının ixtisaslı kadrlarla təminatı, uşaq incəsənət və musiqi məktəblərinin musiqi alətləri ilə təchizatı və digər məsələlərlə bağlı olub.
Şabran rayonunda "Çıraqqala" Tarix-Memarlıq Qoruğunda bərpa işlərinin aparılması, rayondakı Pirəbədil Tarix Muzeyinin adının dəyişdirilməsi ilə əlaqədar muzey ekspozisiyanın yenidən qurulması, Xaçmaz rayonunun turizm potensialı nəzərə alınaraq tarix və mədəniyyət abidələrinin bərpa olunması barədə təkliflər səslənib.
Siyəzəndə uşaq incəsənət məktəbi üçün rəqs zalının tikilməsi, Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə uşaq ədəbiyyatının verilməsi, Qusar şəhərində uşaq incəsənət məktəbinin musiqi alətləri ilə, Quba rayonundakı Bəşir Səfəroğlu adına Mədəniyyət evinin milli geyimlər və aksesuarlarla təmin olunmasında köməklik göstərilməsi xahiş edilib.
Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının göstərişinə əsasən yerlərdə mütəmadi olaraq vətəndaşlarla keçirilən görüşlər mövcud problemlərin öyrənilməsi və həlli baxımdan mühüm önəm daşıyır. Nazir bütün müraciətlərin nəzərdən keçiriləcəyini, qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Qeyd edilib ki, bəzi vətəndaşların sosial məsələlərə dair xahişləri də diqqətdə saxlanılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar