20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xatirə mərasimi təşkil edilib.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasimin iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, fotostendə və mərkəzin rəsm dərnəyində məşğul olan uşaqların əl işlərinə baxıblar.
Səfir Hüseyn Quliyev 20 Yanvar faciəsi haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb. Qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra bu faciəyə siyasi qiymət verilib.
Sonra Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Azərbaycan dili" kursunun şagirdləri 20 Yanvara həsr edilmiş şeirlər söyləyiblər. "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar