Tərcümə və tədris məsələləri üzrə perspektiv layihələr müzakirə edilib

Yanvarın 21-də İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olub. Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa məlumat verib, İsveç ədəbiyyatından tərcümə edilmiş nümunələrdən söz açıb.
Qeyd edib ki, ötən müddətdə İsveç ədəbiyyatından Pyer Lagerkvist, Nobel mükafatı laureatları Selma Lagerlöf və Tomas Tranströrmer, həmçinin Marqaret Ekströmün əsərləri tərcümə və nəşr olunub. Bu il məşhur isveçrəli nasir Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərinin, o cümlədən rejissor peşəsinin incəliklərindən bəhs edən “Berqman Berqman haqqında” kitabın tərcüməsi və nəşri planlaşdırılır.
Sonra A.Məsud ötən ilin sentyabr ayında İsveçin Höteborq şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirakından söz açıb və təəssüratlarını bölüşüb.
Mərkəzin direktoru İsveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə də toxunub. “Biz İsveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. İstərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın”.
İsveçli diplomat Azərbaycanda tərcümə işinin vəziyyəti ilə maraqlanıb. Onun sözlərinə görə, İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir. Bu işlə Tərcümə Palatası adlı xüsusi dövlət qurumu məşğul olur. Tərcümə işi ilə məşğul olmaq üçün həmin qurum tərəfindən xüsusi lisenziya verilir.
Diplomat İsveç səfirliyini tərcümə və tədris məsələləri üzrə ATM-lə birgə həyata keçirə biləcəkləri perspektiv layihələrdən söz açıb: “Düşünürəm ki, əməkdaşlığımız hər iki ölkənin mədəni həyatına öz töhfələrini verəcək”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar