Elektron layihənin təqdimatı

Yanvarın 28-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihənin təqdimatı keçirilib.

Kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, ötən müddətdə “Vətən tarixi” seriyasından “Odlar yurdu Azərbaycan”, “XX əsrin faciəsi - Xocalı soyqırımı”, “Naxçıvan Muxtar Respublikası”, “Təcavüz. 20 Yanvar. 1990”, “İrəvan şəhəri” və digər elektron toplular hazırlanıb. Bu layihələrin əksəriyyəti üç (Azərbaycan, rus və ingilis) dildədir.
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” layihəsinin Azərbaycan və ingilis dillərində hazırlandığını diqqətə çatdıran M.Əhmədov vurğulayıb ki, məqsəd işğal edilmiş ərazilərimizdəki maddi-mədəni sərvətimizin necə dağıdıldığı, məhv edildiyi, erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Sonra layihənin təqdimatı keçirilib. Elektron layihədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan ərazilərimizdəki 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası hazırlanıb. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib. “Abidələrimiz” fəslində Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər, Qazax rayonlarında və Qərbi Azərbaycanda (indiki Ermənistan) ermənilərin maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqlardan bəhs edilir. Layihənin ”Fotoittiham” fəslində isə erməni vandalizminin əyani görüntülərini əks etdirən 160-dan artıq şəkil yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar