Fevralın 2-də İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Milli Kitabxanasının iştirakı məsələsi müzakirə olunub.
Sandro Teti beynəlxalq kitab sərgisinin əhəmiyyətindən söz açıb. Öz növbəsində Milli Kitabxananın direktoru Kərim Tahirov mayın 14-də keçiriləcək sərgiyə dəvəti yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Milli Kitabxanası ilə İtaliya “Sandro Teti Editore” nəşriyyat evi arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən “Sandro Teti Editore” nəşriyyat evi builki Turin kitab yarmarkasında Azərbaycan təmsilçilərinə “Xüsusi qonaq ölkə” qismində 50 kvadratmetr ekspozisiya sahəsi ayrılması və sərgi çərçivəsində bir sıra tədbirlərin, o cümlədən kitab təqdimatlarının keçirilməsini təşkil edəcək.
Kərim Tahirov Turin sərgi-yarmarkasında 300-dən artıq kitabımızın nümayiş olunacağını, sərginin davam edəcəyi 4 gün müddətində Azərbaycan haqqında filmin təqdim ediləcəyini, 3 yeni kitabın təqdimatının keçiriləcəyini, tədbir iştirakçılarına ölkəmizin mədəniyyəti, turizmi, mətbəxi və digər sahələri barədə nəşrlərin paylanacağını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar