ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 29-da BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq məsələləri, qarşıdan gələn III Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə edilib. Ali nümayəndə Azərbaycana böyük sevgi ilə yanaşdığını və ölkə başçısı İlham Əliyevin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəm və dəstəyin onda dərin təəssürat yaratdığını qeyd edib.
Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Bakı prosesi”nə və Foruma Alyansın, şəxsən ali nümayəndənin göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib. Qeyd edilib ki, Azərbaycan tərəfi, əvvəlki iki Forumda olduğu kimi, bu ilin mayında keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığında bütün tərəfdaş beynəlxalq qurumların, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının rolunu yüksək qiymətləndirir.
Görüşdə vurğulanıb ki, növbəti Forum hazırda dünyada artan ekstremizm və anlaşılmazlıqların aradan qaldırılması üçün ideya və təşəbbüslərin platforması kimi ciddi funksiyanı yerinə yetirməli və bu istiqamətdə bütün tərəfdaşlar birgə işləməlidir.
Ali nümayəndə III Dünya Forumunda iştirak edəcəyini və ölkə rəhbərliyi ilə görüşmək arzusunda olduğunu diqqətə çatdırıb. Əbülfəs Qarayev qəbula görə Nasir Əbdüləziz Əl-Naserə təşəkkürünü bildirib və ona Azərbaycan xalçası hədiyyə edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar