Xəbər verdiyimiz kimi, yanvarın 28-də Misirin paytaxtı Qahirədə açılan 46-cı beynəlxalq kitab sərgisində ölkəmizi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir. Azərbaycanın ilk dəfə qatıldığı sərgidə stendimiz böyük maraqla qarşılanıb. Eyni zamanda artıq gələn il ölkəmizin sərgidə fəxri qonaq statusunda təmsil olunması ilə bağlı təklif səslənib.
Azərbaycan Tərcümə Mərkəzindən verilən məlumata görə, bu məsələ Misir Kitab Təşkilatı idarə heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələrinin Azərbaycan nümayəndə heyəti ilə görüşündə gündəmə gəlib. Bildirilib ki, Azərbaycan Tərcümə Mərkəzi builki sərgidə ölkəmizi uğurla təmsil edir. Stendlərində nümayiş etdirilən kitablardan da görünür ki, Azərbaycanda kitab sənəti mühüm inkişaf yolu keçib. Növbəti ildə sərgidə fəxri qonaq qismində təmsil olunacaq ölkəmizin nəşrlərini nümayiş etdirmək üçün 150 kvadratmetrlik pavilyonun verilməsi və geniş nümayəndə heyətinin tədbirə qatılması qərara alınıb. Qeyd edək ki, builki Qahirə sərgisinin fəxri qonağı Səudiyyə Ərəbistanıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar