Kambocanın Siem Reap şəhərində keçirilən tədbirdə iqtisadi və sosial inkişaf,
turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq müzakirə olunur

Fevralın 4-də Kamboca Krallığının Siem Reap şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı və UNESCO-nun birgə təşkilatçılığı ilə "Turizm və mədəniyyət üzrə dünya konfransı: yeni əməkdaşlığın qurulması" adlı tədbir işə başlayıb. Beynəlxalq tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Tədbirə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, UNESCO-nun baş direktoru İrina Bokova, 50-dək ölkənin mədəniyyət və turizm nazirləri və digər yüksək vəzifəli şəxslər qatılıb. Açılış mərasimində Kamboca Kralı Norodom Sihamoni və baş nazir Hun Sen iştirak edib.
Fevralın 6-dək davam edəcək dünya konfransında iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılır. Konfrans mədəniyyət və turizm sahələrində mövcud problemlərin və əməkdaşlıq yollarının araşdırılması baxımından mühüm imkandır.
Qeyd edək ki, mədəniyyət və turizm nazirlərinin birgə toplantısı ilə bağlı ilk təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və 2013-cü ilin 30-31 may tarixində Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin konfransı təşkil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar