Fevralın 4-də Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi kitabxanada “Mütaliə ili” ilə bağlı tədbir keçirilib.
Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova tədbiri açaraq bildirib ki, şəhər kitabxanaları arasında “Mütaliə ili” elan edilib. Bununla əlaqədar tədbirlər planı hazırlanıb. Məqsəd şəhər əhalisinin bütün təbəqələrində mütaliəyə marağın artmasına, oxuculara xidmətin forma və məzmunca yenilənməsinə yardımçı olmaqdır.
Tədbirdə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri, şair Əşrəf Veysəlli, yazıçı-publisist Eyruz Məmmədov və digər çıxış edənlər kitabın, mütaliə vərdişinin həyatımızda əhəmiyyətli rolundan danışıblar. Qeyd ediblər ki, milli-mənəvi dəyərlərin ən gözəl daşıyıcısı olan kitablar insanı mənən saflaşdırır, zənginləşdirir.
Tədbirin sonunda Sumqayıt şəhər MKS-yə daxil olan kitabxanaların ötən ilin nəticələrinə görə daha çox mütaliə edən oxucularından Elmin Hüseynxanlı, Gülnar Müzəffərova və Nərminə Soltanovaya Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, Gənclər və İdman Baş İdarəsi və MKS tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar