Fevralın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis etdikləri “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər bu ideyanın meydana gəlməsində əsas rol oynayıb.
Yeni internet televiziyası vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. “Kulturaplus” Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşıya məqsəd qoyub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil.
İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər dillərdə yayılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən nöqtəsindən müraciət edilə bilən və bu zaman dil baryeri ilə qarşılaşmayan auditoriya üçün açıq bir teleməkandır. Tamaşaçılar “Kulturaplus” televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı verilişlər izləyəcəklər.
İnternet televiziyasında dünyanın tanınmış şəxsiyyətlərinin - siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri də səslənəcək. Bu, Azərbaycan həqiqətlərinin daha effektiv yayılmasını təmin edəcək. İnternet televiziyanın fəaliyyətinə televiziya və mətbuat sahəsində təcrübəsi olan və ictimaiyyət tərəfindən tanınan simalar cəlb edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar