Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə yaradılan elmi tədqiqat komissiyasının üzvləri Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində olublar

Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin fondlarında Azərbaycanın tunc dövrünü, xüsusilə də Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən 2600-dən çox eksponatın elmi cəhətdən tədqiq olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən elmi tədqiqat komissiyası yaradılıb və komissiyanın üzvləri Almaniyaya ezam edilib.

Berlin muzeyinin arxeologiya şöbəsinin müdiri Manfred Navrot komissiya üzvlərini muzeyin Xocalı-Gədəbəyə aid kolleksiyası ilə tanış edib.
Bununla bağlı qeyd edilən məsələnin və ümumiyyətlə Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi ilə qurulmuş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə fevralın 10-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında görüş keçirilib. Görüşdə nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi arxeologiya şöbəsinin müdiri Manfred Navrot, Azərbaycan Milli İncəsənət Muzeyi elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Abşeron arxeoloji ekspedisiyasının rəisi, arxivin müdiri İdris Əliyev iştirak edib.
Görüş zamanı Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində və Almaniyada yerləşən digər muzeylərdə Azərbaycana aid eksponatların araşdırılması, eləcə də hər iki tərəfi təmsil edən alimlərdən və tədqiqatçılardan ibarət işçi qrupun yaradılması müzakirə olunub. Həmçinin digər layihə - “Amazonların tarixi və Qafqazda irsi” adlı sərginin hazırlanması ətrafında danışıqlar aparılıb.
Manfred Navrot bildirib ki, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin direktoru, professor Matias Vemhof (Matthias Wemhoff) Bakıya səfər etməyi planlaşdırır.
Professor M.Vemhofu 18-19 may tarixində keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edən nazir müavini Sevda Məmmədəliyeva səfər zamanı göstərilən məsələlərin müzakirəsi məqsədilə ikitərəfli görüşlərin keçirilməsini təklif edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar