Fevralın 18-də AMEA Memarlıq və İncəsənət İnstitutunda “Müasir Azərbaycan teatrı və media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib.

İnstitutun teatr, kino və televiziya şöbəsi tərəfindən təşkil olunan tədbiri şöbənin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov açaraq teatr və kütləvi media arasında münasibətlərdən danışıb. Teatr, kino və televiziya şöbəsinin kiçik elmi işçisi, teatrşünas Könül Əliyeva teatr və media münasibətlərinin müxtəlif aspektləri barədə məruzə ilə çıxış edib.
Müzakirələrdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları, teatrşünaslar, teatr xadimləri, aparıcı media orqanlarının mədəniyyət yazarları iştirak ediblər. Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev, AMEA Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva, “Qobustan” incəsənət toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Həmidə Rüstəmova, “Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu, kulis.az saytının əməkdaşı, teatrşünas Aliyə Dadaşova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Müasir dövrdə mədəniyyətin ən müxtəlif sahələrinin əhatəli şəkildə media qurumlarında təbliğinin, bu işdə peşəkarlığın vacibliyi vurğulanıb. Teatr və media münasibətlərinin hazırkı durumuna nəzər salınıb, mövcud problemlər müəyyənləşdirilib və gələcək inkişaf perspektivlərinin təyin olunmasına cəhd göstərilib.
Qeyd edək ki, bu, institutun teatr, kino və televiziya şöbəsinin son bir il ərzində keçirdiyi dördüncü seminardır. Ötən müddətdə Azərbaycan sirk sənəti, milli teatrın dünəni və bu günü, müasir Azərbaycan kinosunun problemlərinə həsr olunmuş seminarlar təşkil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar