Britaniyalı ekspertlər muzey işçiləri üçün seminar-treninqlər keçirlər

Mədəniyyət və Turizm Nazirliyinin və Britaniya Şurasının (British Council) birgə təşəbbüsü ilə Azərbaycan muzeylərinin inkişaf səviyyəsinin dünyanın aparıcı muzeylərinin standartlarına çatdırılması məqsədilə muzey işçiləri üçün seminar-treninqlərin təşkili nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi ilə bağlı Britaniya Şurasının muzey, kitabxana və arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis xanım Coanna van Mil ölkəmizə səfər ediblər.
Fevralın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Sıddıq, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Elizabet Vayt və muzey ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.
Tədbirdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva bildirib ki, Britaniya Şurasının Azərbaycanda fəaliyyəti iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığa xidmət edir. Nazir müavini Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Britaniya Şurası ölkəmizdə fəaliyyətinin ilk günlərindən mədəniyyət və incəsənət sahəsində fəal əməkdaşlığa başlayıb. Mədəniyyət və Turizm Nazirliyi qurumla birgə teatr, musiqi, xoreoqrafiya, müasir incəsənət sahəsində bir çox maraqlı layihələr həyata keçirib. Hər il Azərbaycan və Böyük Britaniyada keçirilən turizm sərgilərində iki ölkənin turizm şirkətləri iştirak edirlər. Bu, qarşılıqlı turist səfərlərinin artmasına təsir göstərir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Sıddıq çıxış edərək layihənin həyata keçirilməsinə böyük dəstək verilməsinə görə öz minnətdarlığını bildirib.
Britaniya Şurasının Azərbaycan üzrə direktoru Elizabet Vayt layihənin mədəni irsin qorunması sahəsində böyük töhfə verəcəyini deyib və Britaniya Şurasının muzey, kitabxana və arxiv sahəsi üzrə regional məsləhətçisi Ceyn Viksini və bu sahə üzrə mütəxəssis Coanna van Mili tədbir iştirakçılarına təqdim edib.
Sonra qonaqlar Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Tədbirin ikinci hissəsində britaniyalı ekspertlər muzey işçiləri ilə birlikdə Azərbaycanın muzey sektoruna aid mühüm məsələləri müzakirə ediblər. Muzeylərin gələcək fəaliyyətinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, treninqlər (workshop) keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar