Fevralın 20-də Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq” mövzusunda tədbir keçirildi. Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli, AMEA Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirova, Dövlət Film Fondunun aparıcı mütəxəssisi, kinoşünas Şəhla Bürcəliyeva, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Pəri Mahmudova, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, gənc ədəbiyyatsevərlər və kitabxanaçılar iştirak edirdilər.
Çıxış edənlər görkəmli yazıçı-publisist, dramaturq Cəlil Məmmədquluzadənin ana dilimizin təəssübkeşi kimi fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitələrdəndir. Zaman-zaman Azərbaycan dilinin qorunub inkişaf etdirilməsində, zənginləşməsində maarifpərvər ədiblərimizin böyük rolu olub. Dünya dilləri sırasında Azərbaycan dilinin özünəməxsus yeri olduğu vurğulandı.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında musiqi əsərləri səsləndirildi. İştirakçılar mövzu ilə bağlı kitab sərgisi ilə də tanış oldular.

Şəbnəm Babaşova,
Səbail rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar