Paytaxt Bakı 11-18 mart tarixində növbəti musiqi bayramına - "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalına ev sahibliyi edəcək. Fevralın 25-də Azərbaycan Milli Konservatoriyasında beynəlxalq festivala hazırlıqla bağlı görüş keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə nazirliyin təmsilçiləri ilə yanaşı, Azərbaycan muğam sənətinin tanınmış simaları, konservatoriyanın müəllim heyəti və tələbələri iştirak edirdilər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi qonaqları salamlayaraq beynəlxalq festival öncəsi belə bir toplantının keçirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan xalqının zəngin mədəni irsində xüsusi yeri olan muğam sənətinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Azərbaycanın gənc muğam ifaçıları, muğam sənəti, xalq musiqisi ifaçıları ilə belə görüşlərin fikir mübadiləsi baxımından önəmli olduğunu dedi.
Azərbaycan muğam sənətinin təbliği ilə bağlı sistemli şəkildə həyata keçirilən layihələrdən söz açan nazir müavini ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi qayğı göstərdiyini qeyd etdi, muğam sənətinin hazırkı inkişaf səviyyəsinin həmin qayğının nəticəsi olduğunu vurğuladı.
Qeyd olundu ki, bu gün Azərbaycan muğamı özünün ən yüksək inkişaf mərhələsinə çatıb, dünyanın ən mötəbər konsert salonlarında səslənir, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkədə və onun hüdudlarından kənarlarda layiqincə təqdim olunur.
Bildirildi ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə dördüncü dəfə keçiriləcək "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı yenə müxtəlif ölkələrdən milli musiqiçilərin diqqətini çəkəcək. Artıq ənənə halını alan muğam layihələri - festival və müsabiqələr, konfrans və simpoziumlar barədə söz açan Ədalət Vəliyev Azərbaycanın muğam beşiyi statusunu qoruyub saxladığını və muğam mərkəzi olaraq dünyanın hər yanından muğam ifaçıları və mütəxəssislərini bir araya topladığını dedi.
Nazir müavini çıxışında muğam üçlüklərinin, yeni musiqi heyətlərinin, gənc və istedadlı ifaçılardan ibarət muğam qruplarının yaradılması və s. məsələlərlə bağlı fikirlərini də bölüşdü.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar