Niderlandlı ekspertlər azərbaycanlı rəsm bərpaçıları üçün treninqlər keçəcəklər

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabrielseni qəbul edib.
İki ölkə arasında əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edən nazir müavini mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib, səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb. Səfir öz növbəsində nazirliklə intensiv əlaqələrin qurulduğunu və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan muzeylərində olan rəsm əsərlərinin restavrasiyasında Niderland mütəxəssislərinin iştirakı, yerli bərpaçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycanda və ya Niderlandda bu ölkənin ekspertləri tərəfindən treninqlərin təşkili barədə danışılıb.
Səfir tərəfindən həmçinin Rotterdam orkestrinin Bakıda konsert proqramı ilə çıxışına dair təklif irəli sürülüb.
Diplomat qəbula görə nazir müavini S.Məmmədəliyevaya təşəkkür edib, Azərbaycan-Niderland mədəni əlaqələrinin dinamik inkişafının şahidi olmasından məmnunluğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar