Avropa Oyunları barədə ilk qərarın verildiyi şəhərdə “Bakı-2015”in təqdimatı

Martın 4-də İtaliyanın paytaxtı Romada “Bakı-2015” I Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

İtaliyanın Müasir İncəsənət Milli Qalereyasında keçirilən mərasimdə iştirakçılar əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılanıb. “Biz birlikdə” adlı sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş olunub. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edilib.
Tədbirin aparıcısı “Bakı-2015” ilk Avropa Oyunları haqqında məlumat verib.
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. O, Romada keçirilən təqdimatın əhəmiyyətini vurğulayaraq bu şəhərdə 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında bu Oyunların Azərbaycanın paytaxtında keçirilməsi haqqında qərar qəbul olunduğunu diqqətə çatdırıb.
Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Mehriban xanım Əliyeva humanitar və mədəni sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb: “Romanın "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması xalqımız tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın mədəniyyət günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir aparılır. Azərbaycan dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb”.
Qeyd olunub ki, Olimpiya hərəkatının əsası Avropada qoyulsa da, bu vaxta qədər Avropa Oyunları keçirilməyib: “Belə bir Oyunları ilk dəfə təşkil etmək ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir”.
Sonra mərasim iştirakçıları “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işlərindən bəhs edən filmə baxıblar.
Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı-2015”ə həsr olunmuş növbəti tədbirdə iştirakından məmnunluğunu ifadə edib. İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo “Bakı-2015”in gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıdığını diqqətə çatdırıb. Roma şəhərinin meri İqnatsio Marino ölkələrimiz arasında mədəniyyət, idman və digər sahələrdə əlaqələrdən danışıb.
Xatırladaq ki, 12-28 iyun tarixində keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar