Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Milan EXPO 2015”in İtaliya pavilyonunun nümayəndə heyətini qəbul edib

Martın 11-də Mədəniyyət və Turizm Nazirliyində "Milan EXPO 2015" beynəlxalq sərgisində İtaliya pavilyonunun nümayəndə heyəti ilə görüş keçirildi.

Görüşdə nazir Əbülfəs Qarayev qonaqlara Azərbaycanın mədəniyyət və turizm sahəsində uğurları haqqında məlumat verdi, ölkəmizin son illərdə bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı. Bildirdi ki, bu tədbirlər Azərbaycanın mədəni irsinin, incəsənətinin, turizm imkanlarının geniş şəkildə təbliğinə, tanıdılmasına xidmət edir.
Qeyd olundu ki, mayın 1-dən oktyabrın 31-dək keçiriləcək "Milan EXPO 2015" beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş Heydər Əliyev Mərkəzidir.
30 milyonadək ziyarətçinin qatılacağı gözlənilən beynəlxalq sərgi "Planeti qidalandırmaq, həyat üçün enerji" devizi altında keçiriləcək. Məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlıqlı qidalanmaya diqqəti cəlb etməkdir.
"Milan EXPO 2015" sərgisində "Azərbaycan: biomüxtəlifliyin xəzinəsi" adlı milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini nümayiş etdirəcək. Milli pavilyonda ölkəmizin flora və faunası haqqında təqdimatlar keçiriləcək.
İtaliya nümayəndə heyətinin rəhbəri İnyazio di Pace səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirdi. Qonaq İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin dinamik inkişafının şahidi olduğu üçün məmnunluğunu diqqətə çatdırdı.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar