Martın 17-də ölkəmizin hər yerində xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişinin, Novruz bayramının müjdəçisi olan ilaxır çərşənbəyə - Torpaq çərşənbəsinə həsr olunmuş şənlik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səhər Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısından Novruz personajlarının iştirakı ilə “bayram karvanı” - 12 süvari, 5 dəvə və 6 fayton yola düşüb.
Bayram karvanı şəhərimizin küçələrini gəzərək Füzuli meydanının qarşısındakı yeni istirahət parkında, Azadlıq meydanında, metronun “Koroğlu” stansiyasının yaxınlığında Büllur fəvvarənin ətrafındakı istirahət parkında, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçirib.
Heydər parkında Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılıb.
Axşam saatlarında isə Qoşa qala qapısının qarşısındakı Gənclik meydanında ilaxır çərşənbə münasibətilə tonqal yandırılıb, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar