Martın 24-25-də Parisdə UNESCO-nun mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) toplantısı keçirilib. Toplantının əsas məqsədi mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanın təmin olunması, orta və uzunmüddətli onillik üçün strategiyaların müəyyənləşdirilməsidir.

Tədbiri açan UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Nəşif ekstremizmin artdığı müasir dünyada mədəniyyətlərin yaxınlaşması və dialoqun təşviq edilməsi üçün sistemli fəaliyyətlərin və təşəbbüslərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Mədəniyyətlərin yaxınlaşması proqramının həmmüəlliflərindən olan Qazaxıstanın UNESCO yanında daimi nümayəndəsi səfir Nurlan Danenov çıxışında mədəniyyətlərarası əməkdaşlığın vacibliyini qeyd edib və proqramın bu istiqamətdə mühüm rola malik olduğunu deyib. O, 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun belə təşəbbüslərin təbliği və təşviqi üçün geniş imkanlar yaradacağını bildirib.
Toplantıda BMT, ECOSOC, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO-nun bir sıra ölkələrdə mərkəzlərinin rəhbərləri, həmçinin antropologiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, qloballaşma, konfliktologiya sahələrində alim və mütəxəssislər çıxış ediblər.
Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərin dialoqu üçün “Bakı Prosesi” və 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə təqdimatla çıxış edib.
Tədbirdə həmçinin ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi də təmsil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar