Martın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi.

Tədbiri ittifaqın katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq bildirdi ki, son iki əsrdə erməni şovinistləri, quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Nəticədə xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini, xalqımızın milli mədəniyyət abidələrini məhv ediblər.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bir əsrə yaxın vaxt ötsə də, bu faciə xalqın qan yaddaşında əbədi iz qoyub. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1919-cu ildə bu qırğınlara münasibət bildirərək mətbuatda çıxış edib. Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşı Aytən Heydərova həmin məqalədən bir parça oxudu. Məqalədə 1918-ci ilin mart qırğınlarının tariximizdəki yerindən, həmin il xilaskar türk ordusunun köməyi ilə Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsindən bəhs edilir. Məqalədə deyilir: “...Əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb, müdafiəyə hazır olmağa fürsət tapınca deyil, bir Bakıda, bəlkə, ümum Azərbaycanda daş-daş üstə qalmazdı... Keçən keçdi, olan oldu. Mart hadisələri Azərbaycan tarixində mühüm bir səhifə işğal edib, azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaq...”
Bəstəkarlar İttifaqının katibi, musiqişünas Zemfira Qafarova çıxışında tariximizin, qan yaddaşımızın bu faciəli səhifələri ilə bağlı musiqi əsərlərinin yazılmasının vacibliyini qeyd etdi: “Digər tarixi günlərimizlə bağlı bəstəkar əsərləri var. Mart soyqırımı ilə də bağlı əsərlər yazılmalıdır”.
Çıxışlardan sonra bəstəkar Azad Zahidin “Xocalı yol gözləyir”, bəstəkar Sərdar Fərəcovun “Qaçqın” balladası, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımovun “Xocalı” əsərləri dilənildi və klipi göstərildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar