Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi - tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif elm və təhsil ocaqlarında elmi təqdimatlar təşkil edilir.
Növbəti təqdimat Azərbaycan Dillər Universitetində keçirilib. Universitetin tələbə və müəllim heyətinin iştirakı ilə keçirilmiş təqdimatda nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Elm sektorunun müdiri Asif Usubəliyev məruzələrlə çıxış edərək dinləyicilərə mövzu ilə əlaqədar geniş məlumatlar verib, sözügedən istiqamətdə dövlət siyasətinin əsas prioritetlərini açıqlayıblar. Maraqlı fikir mübadiləsi ilə davam edən tədbirdə ölkəmizin elmi potensialından istifadə olunması ilə bağlı müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar