Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk tyutor (fərdi təhsil proqramı həyata keçirən pedaqoq) hazırlığı kurslarının dinləyicilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində tyutorlara ciddi ehtiyac olduğunu, onların işlərinin daha böyük məsuliyyət tələb etdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd olunub ki, bu kurslar gələcəkdə də davam etdiriləcək.
Tyutor kursları 2014-cü ilin noyabrından bu ilin aprelinədək davam edib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 7 nəfəri A-sertifikatına (qırmızı), 1 nəfəri isə B-sertifikatına (göy) layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar