Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) görkəmli ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Həsən Quliyevin anım gecəsi keçirilib. Uzun illər yaradıcılıq taleyini bu təhsil ocağı ilə bağlayan Həsən Quliyev, çoxsahəli fəaliyyəti ilə Azərbaycan elminə töhfələr verib, Azərbaycan ədəbiyyatşünaslığına dəyərli araşdırmalar qazandırıb.

Xatirə gecəsini ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Həsən Quliyevin elmi-pedaqoji fəaliyyətindən danışıb.
Sonra tələbələrin hazırladığı, Həsən Quliyevin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub. ADMİU-nun müəllim heyəti, tələbələr, Həsən Quliyevin ailə üzvləri, yaxın dostları və mərhumun təsis etdiyi “Luç” Yaradıcılıq Assosiasiyası üzvlərinin qatıldığı tədbirdə ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə, millət vəkili Elmira Axundova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, yazıçı-dramaturq, professor Aqşin Babayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Həmidə Ömərova, Həsən Quliyevin dissertantı olmuş ADMİU-nun müəllimi Zülfiyə Eldarqızı çıxış edərək xatirələrini bölüşdülər. Həsən Quliyevin yaradıcılığı, alim novatorluğu, bir pedaqoq və insan kimi örnək keyfiyyətlərindən söz açıldı.
Azərbaycan xalq və klassik bəstəkar mahnılarını çox sevən Həsən Quliyevin anım tədbirində Cavid Hüseynovun ifasında Cahangir Cahangirovun “Alagöz” mahnısı da səslənib və tələbələrin ifasında “Əli və Nino” romanından kiçik parça nümayiş olunub. Tədbirin sonunda universitetin rektoru tələbələri gözəl çıxış münasibətilə təbrik edib, xatirə şəkilləri çəkdirilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar