Xəbər verdiyimiz kimi, “Bakı prosesi” və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı ilə bağlı Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.

Aprelin 21-də nazir UNESCO-nun mənzil-qərargahında qurumun baş direktoru İrina Bokova ilə görüşmüşdü.
Həmin gün nazir UNESCO-nun Baş Konfransının prezidenti Hao Ping ilə də görüşüb. Söhbət zamanı Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı vəziyyəti və Baş Konfransın UNESCO-nun fəaliyyətində rolu barədə müzakirələr aparılıb.
Hao Ping Azərbaycana səfərindən olduqca təsirləndiyini və ölkəmizin inkişafının onda xüsusi təəssürat oyatdığını qeyd edib.
Əbülfəs Qarayev UNESCO çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər barədə məlumat verərək bu ilin 18-19 may tarixində Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun tərəfdaşlığı ilə keçiriləcək sessiya və iclasların proqrama xüsusi maraq qatacağına əminliyini bildirib.
Nazir UNESCO Baş Konfransında müasir dünyada mədəniyyətlərarası dialoq prosesləri mövzusunda müzakirələrin aparılması və üzv ölkələrin belə məsələlərə önəm verməsi üçün çağırışlar edilməsinin vacibliyini vurğulayıb. Hao Ping bu amillərin nəzərə alınacağını bildirərək Bakı Forumunun işinə uğurlar arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar