“Bölgələrdən paytaxta” layihəsində Gədəbəy rayonunun təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi paytaxt sakinlərini ölkəmizin dilbər guşələrinin sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri, el sənətkarlığı, turizm imkanları ilə tanış etməkdə davam edir.
Aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən növbəti təqdimat Gədəbəyə həsr olunmuşdu. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizdə səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov, hökumət rəsmiləri, millət vəkilləri iştirak edirdi.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə rayonun tarixi-mədəni irsini, müasir inkişafını əks etdirən sərgi ilə tanış oldular. Sərgidə Gədəbəyin dekorativ-tətbiqi sənət ustalarının əl işləri, rayon haqqında kitablar, rəsm əsərləri də nümayiş olunurdu. Həmçinin rayonda istehsal olunan kənd təsərrüfatı malları, bölgənin zəngin mətbəxi, şəfalı su qaynaqları və turizm imkanları stendlərdə əksini tapmışdı.
Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev son illər Azərbaycanda mədəniyyət və turizmin inkişafı istiqamətində görülən tədbirlərin regionlara müsbət təsirindən söz açdı. Bildirildi ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni mədəniyyət ocaqları - muzey, kitabxana, musiqi məktəbi və mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür.

“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində artıq beşinci təqdimatın keçirildiyini diqqətə çatdıran nazir Gədəbəy rayonunun Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik, milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrindən biri olduğunu vurğuladı. Qeyd edildi ki, bölgədə aşkar olunmuş eramızdan əvvəl XII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyətinin qalıqları Azərbaycanın qədim tarixindən, ölkəmizin qədim sivilizasiya mərkəzlərindən biri olmasından xəbər verir. Gədəbəy həm də qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının ən mühüm ərazilərindən biri olub. Burada o dövrə aid maddi mədəniyyət nümunələri, tikililər günümüzədək gəlib çıxıb.
Nazir XIX əsrdə alman Siemens qardaşlarının iştirakı ilə Gədəbəydə sənayenin təşəkkülünün, mis mədənləri yaradılmasının, ilk elektrik stansiyasının, Qafqazda ilk dəmir yolunun işə salınmasının bölgə tarixinin mühüm səhifələrindən olduğunu bildirdi.
Vurğulandı ki, bu gün Gədəbəy Azərbaycanın yeniləşən, inkişaf edən bölgələrindən biridir. Rayonun geniş turizm potensialı var: “Gədəbəy füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, tolerant, qonaqpərvər əhalisi olan, adət-ənənələrin qorunub saxlandığı rayonlarımızdandır. Gədəbəy həm də aşıq yaradıcılığının inkişaf etdiyi bölgədir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib: “İnanıram ki, rayonda yaradılan şərait, Gədəbəy Aşıq Məktəbinin fəaliyyəti bu xalq yaradıcılığının daha da inkişafına, Azərbaycan mədəniyyətinin daha geniş təbliğinə töhfə olacaq”.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycanın dilbər guşələrindən, qədim yaşayış məskənlərindən olan Gədəbəyin tarixi abidələri, mədəniyyət nümunələri barədə danışdı, tanınmış ziyalılarından söz açdı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən rayonun sosial-iqtisadi inkişafı ilə bağlı mühüm sərəncamlar imzalanıb, son illər bölgədə əhəmiyyətli proqramlar, yeni layihələr icra olunub. Həmçinin rayonun turizm üçün əlverişli şəraiti nəzərə alınaraq müvafiq infrastruktur yaradılır.
Çıxışlardan sonra Gədəbəyin müasir tərəqqisindən, turizm imkanlarından, mədəniyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbir rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin konserti ilə davam etdi. Proqram Gədəbəy Aşıq Məktəbinin folklor ansamblının ifası ilə başladı. Sonra rayonun incəsənət ustaları, aşıqlar və rəqs kollektivləri çıxış etdilər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində indiyədək Masallı, Qəbələ, Quba və Şəkinin Bakıda təqdimatı gerçəkləşib. İl ərzində paytaxtda Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeronun mədəniyyət tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Fariz Hüseynov