Mədəniyyət və Turizm Nazirliyində Meksika diplomatı ilə görüş

Aprelin 23-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Meksikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Fransisko Ernesto Romero Bok ilə görüşüb.
Diplomat Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin 2014-cü ilin oktyabrında fəaliyyətə başladığını qeyd edərək Bakıda yaşadığı bir neçə ay müddətində ölkəmizlə tanış olduğunu, Azərbaycan mədəniyyətini çox bəyəndiyini, eləcə də milli mətbəximizdən zövq aldığını bildirib. O, mədəniyyət sahəsinin Meksika üçün ölkələrimiz arasında əməkdaşlıq baxımından ən əhəmiyyətli sahələrdən biri olduğunu vurğulayıb.
Görüş zamanı müvəqqəti işlər vəkili meksikalı rəssam Marqarita Moralesin Bakıda sərgisinin keçirilməsini təklif edib. Bildirib ki, Almaniyada yaşayan məşhur rəssam əsasən təbiət mövzusunda əsərləri yaradır.
Sevda Məmmədəliyeva diplomatı Meksikanın Azərbaycanda səfirliyinin açılması münasibətilə təbrik edib və əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirib. Nazir müavini həmçinin rəssam Marqarita Moralesin sərgisinin keçirilməsi məqsədilə müvafiq məkan və vaxtın təyin edilməsi işlərinin aparılmasını təklif edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar