Aprelin 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyət göstərən ekspert qrupu ilə görüşüb. Ekspert qrupu Avropa İttifaqı ilə tərəfdaş respublikaların birgə fəaliyyət planlarına əsasən ölkələrin təcrübəsində, qanunvericiliyində ətraf mühit üzrə inteqrasiyanı araşdırmaq məqsədilə Azərbaycana səfər edib.
Qrupun rəhbəri Jerzy Sarnacki bir neçə dövlət qurumu ilə görüşlərin keçirildiyini diqqətə çatdırıb. Söhbət zamanı ölkə iqtisadiyyatının diversifikasiyasında əsas prioritet sahələrdən biri olan turizmin ətraf mühitin qorunmasında rolu və gələcək fəaliyyətin planlaşdırılması müzakirə olunub.
Nazim Səmədov öncə nazirliyin Avropa İttifaqı ilə əməkdaşlığı haqqında ətraflı məlumat verib, 2014-cü ildə başa çatmış "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin potensialının gücləndirilməsi" adlı tvinninq layihəsi barədə danışıb. Layihənin ölkədə turizm menecmentinin inkişafına töhfə verdiyi vurğulanıb. Turizmin ətraf mühitin qorunmasında rolundan söz açan nazir müavini bu sahədə gələcək planlardan bəhs edib. Sonda nazirliklə Avropa İttifaqı arasında mədəni irs sahəsində hazırlanan yeni tvinninq və COMUS layihələri barədə söhbət aparılıb və bu layihələrə ətraf mühit məsələlərinin də daxil edilməsi təklif olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar