Mayın 11-də İsrailin Hayfa şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa üzrə Regional Komissiyasının 58-ci iclası başlayıb. BMÜTT-nin baş katibi Taleb Rifai, həmçinin 27 ölkənin rəhbər şəxsləri və digər nümayəndələrinin qatıldığı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev iştirak edir.
Sessiyada 2014-2015-ci illər üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üzrə nəticələr, 2016-2017-ci illər üzrə Fəaliyyət Planı, BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasına hazırlıq və digər məsələlər müzakirə olunur.
Sessiyanın ardınca keçiriləcək "Turizm təcrübəsinin artırılmasında mobil texnologiyalar" mövzusunda seminarda turist cəlb edilməsində və turistlərdə müsbət təəssüratların yaradılmasında texnoloji yeniliklərdən istifadə, turizmin müxtəlif sahələrdə inkişaf tendensiyaları ilə ayaqlaşması zərurəti və s. məsələlər müzakirə olunacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar