Mayın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Polşanın ölkəmizdəki səfiri Marek Tsalkanı qəbul edib.
Nazir ölkəmizin Polşa ilə əlaqələrinin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini təqdirlə qarşıladığını diqqətə çatdırıb. Səfir öz növbəsində nazirliklə intensiv əlaqələrin qurulduğunu bildirərək gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.
Söhbət əsnasında iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı olaraq bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Səfir qəbula görə nazirə təşəkkür edib və Azərbaycan-Polşa mədəni əlaqələrinin dinamik inkişaf prosesindən məmnunluğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar