“Bakı-2015” ilk Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib. Oyunların Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirsin bildirdiyinə görə, onların təxminən 800-ü xarici media təmsilçiləridir. Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən daha çox müraciətlər qəbul edilib. “Bakı-2015”i ümumilikdə 50 ölkənin media nümayəndəsi işıqlandıracaq.
Akkreditasiya kartına sahib media nümayəndələri üçün ən böyük imtiyaz onların idman obyektlərinə sərbəst daxil olmalarıdır. Arenalarda müxbirlər və fotomüxbirlər üçün beynəlxalq tələblərə cavab verən media mərkəzləri olacaq. Mərkəzlər bütün vacib avadanlıq, o cümlədən yüksək sürətli internet ilə təchiz olunacaq. İlk Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərində 500 müxbirin və 250 fotomüxbirin iştirakı nəzərdə tutulub. Bu mərasimləri işıqlandıracaq media nümayəndələri bunun üçün bilet almalıdırlar. Media nümayəndələri akkreditasiya kartlarını mayın 29-dan etibarən ala biləcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar