Dost ölkənin folklor kollektivləri Azərbaycanda beynəlxalq festivala qatılmaq istəyir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan və Tacikistan xalqlarının mədəniyyətlərinin zənginliyini, qədimliyini və yaxınlığını qeyd edən Əbülfəs Qarayev ikitərəfli münasibətlərin bütün sahələrdə inkişaf etməsindən məmnunluğunu bildirib.
Tacik xalqının dünya mədəniyyətinə böyük töhfələr verdiyini deyən nazir dost ölkənin beynəlxalq mədəniyyət tədbirlərində də fəal iştirak etdiyini diqqətə çatdırıb.
Şamsiddin Orumbekov öz növbəsində tacikistanlıların Azərbaycan mədəniyyətinə böyük sevgisindən danışıb. Bildirib ki, tez-tez Tacikistanda Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Bugünlərdə Düşənbədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə sərgi açılıb.
Qonaq mədəni sahədə daha əlverişli imkanların yaradılması üçün ölkələrimiz arasında birbaşa reyslərin açılmasının zəruriliyini vurğulayıb. Tacikistanın mədəniyyət naziri ölkəsinin folklor kollektivinin Azərbaycanda keçiriləcək beynəlxalq folklor festivalında iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə kukla teatrları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyindən və Nizami Gəncəvi irsinin təbliği ilə bağlı müştərək layihənin reallaşdırılmasından söz açılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar