Mayın 18-də Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın turizm naziri xanım Nikolina Angelkova Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bolqarıstanlı nazir Azərbaycanın mövcud turizm imkanlarını və bu sahədə aparılan işləri, müasir turizm infrastrukturunun yaradılmasını yüksək qiymətləndirib. O, Azərbaycan şirkətlərini Bolqarıstan turizm sektoruna investisiya qoymağa çağırıb.
Əbülfəs Qarayev bolqarıstanlı həmkarının təklifini müsbət dəyərləndirib və Azərbaycan tərəfinin də bu istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar