Forumun daha bir seminarı mədəniyyətlərarası dialoqda dini icmaların tərəfdaşlığı mövzusuna həsr olunmuşdu. Seminarın moderatoru, UNESCO-nun Beyrut ofisinin Təhsil və Regional Bürosunun proqram mütəxəssisi Hegazi İdris konfessiyalar arasında əlaqədə qlobal əməkdaşlığın önəmindən söz açdı.
AMEA-nın həqiqi üzvü, BDU-nun əməkdaşı Vasim Məmmədəliyev ölkəmizin dini tolerantlıq nümunəsi olmasını faktlarla diqqətə çatdırdı, yaşadığımız həyatın reallıqları, dinlərarası və mədəniyyətlərarası dialoqda islamın təməl anlayışlarına riayət etməyin vacibliyini qeyd etdi. Alim bəşəriyyətin dini zəmində narahat gündəm yaşadığı bir dövrdə bu tədbirin ölkəmizdə təşkilini yüksək qiymətləndirdi.
Mədəniyyətlərarası dialoq mütəxəssisi Səlim əl-Sayeq islam dinində dialoq konsepsiyasından danışdı, mədəniyyətlərin müştərək dəyərlər yaradan faktor olduğunu vurğuladı. O, çıxışında mədəniyyətlərarası və dinlərarası dialoq naminə həyata keçirdikləri proqramdan - jurnalistlər şəbəkəsinin yaradılmasından da bəhs etdi.
Yaxın Şərqdə Frankofon Universiteti Assosiasiyasının direktoru Erve Saburen tolerantlıq və dialoq üçün təhsili ən vacib amil kimi önə çəkdi, mədəni müxtəlifliyin qorunmasının önəmini dilə gətirdi, Yaxın Şərqdəki bəzi universitetlərin bu sahədə reallaşdırdığı layihələrdən söz açdı.
Livanı təmsil edən Dar əl-İtfa Şeyxi Məhəmməd Nokari ölkəsinin dini icmalarla dialoq üçün təcrübəsindən geniş bəhs etdi.
İsgəndəriyyə Universitetinin professoru Suleyman Əbdül Moneyim dərsliklərdə irqçiliklə bağlı müəyyən stereotiplərin hələ də təbliğ olunduğunu və bəzi mənfi nüansların da məhz bundan qaynaqlandığını təəssüflə xatırlatdı. Dini əlaqələrdə təhsil və medianın öz məsuliyyətini dərk etməli olduğunu vurğuladı.
Kral Abdullah bin Əbdüləziz Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Mərkəzin direktor müavini İbrahim əl-Əssiri qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi. 2003-cü ildə təsis edilən mərkəzin dialoq, mədəni müxtəlifliyə hörmət naminə gördükləri işlərdən bəhs etdi.
Seminar iştirakçılarını maraqlandıran sualları da cavablandıran məruzəçilər bu kimi dialoq çağırışçısı olan tədbirlərdə iştirakdan məmnunluq ifadə etdilər.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar